Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb
Gündəm

Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 10-da saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən "Respublika"ya bildiriblər ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.