ANAMA: Ötən həftə 718 partlamamış hərbi sursat zərərsizləşdirilib
Gündəm

ANAMA: Ötən həftə 718 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 1-dən 7-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan "Respublika"ya bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 47, tank əleyhinə 10 mina və 718 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1576 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.