Sərhəddə baş verən zəlzələ Naxçıvan MR-də hiss olunub
Gündəm

Sərhəddə baş verən zəlzələ Naxçıvan MR-də hiss olunub

Noyabrın 13-də yerli vaxtla saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 bal olan zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Respublika"ya verilən məlumata görə, yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.