DİN və ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb
Gündəm

DİN və ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb

Daxili İşlər Nazirliyi (DİN) və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb.

"Respublika" xəbər verir ki, çağırışda təhlükəli ərazilərdə hər bir addımın ölümcül fəsadlar törədə biləcəyi qeyd edilir.

Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyə çağırış edilib:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

• Yalnız gündəlik işlək yollardan istifadə edin!

• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

• Naməlum əşyalara toxunmayın!

• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!