Qriqoriy Karasin: Səs vermək üçün növbəsini gözləyən insanların üzlərində təbəssüm var idi
Siyasət

Qriqoriy Karasin: Səs vermək üçün növbəsini gözləyən insanların üzlərində təbəssüm var idi

Fevralın 8-də Rusiya parlamentinin müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qriqoriy Karasin seçkilərin təşkilinin açıq formatda və məqbul səviyyədə olduğunu qeyd edib. O, Bakıda 9-a yaxın seçki məntəqəsini ziyarət etdiyini bildirib.

"İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər və onların üzlərində təbəssüm var idi. Bu da çox vacib məqam idi. Mən yaxşı mənada təəccübləndim ki, seçki prosesi geniş zalları olan binalarda keçirilirdi. Seçkilər məhz məsuliyyətli şəkildə və səlahiyyətli çərçivədə təşkil olunmuşdu. Bütün beynəlxalq müşahidəçilərə müşahidə üçün yaxşı şərait yaradılmışdı", - deyə Q.Karasin deyib.