QALİB ORDUMUZ
Digər xəbərlər

QALİB ORDUMUZ

Dövlətçilik tarixinin ən mühüm tərkib hissələrindən biri sarsılmaz, qüdrətli ordunun mövcud olmasıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırılmışdır. Sözsüz ki, ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi.

Ümummilli lider Heydər Əliyevin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəsissələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, ulu öndər Heydər Əliyev öz nüfuzuna görə buna nail oldu və məhz onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sözügedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi.

Böyük fəxarətlə deyə bilərik ki, məhz Heydər Əliyevin qətiyyəti ilə yaradılmış həmin məktəbin məzunları olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır.

Bu gün regionun ən böyük iqtisadiyyatına, ən sürətli inkişaf tempinə, ən güclü və məğlubedilməz ordusuna malik olan müasir Azərbaycan dövlətini ulu öndər Heydər Əliyevin şah əsəri adlandıranlar, heç şübhəsiz ki, yanılmırlar.

Hazırda Azərbaycan öz tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misilsiz şücaət göstərərək, torpaqlarımızı işğaldan tam azad edib, ərazi bütövlüyümüz tam təmin olunub.

Qürurvericidir ki, qorxmaz, ölümün gözünə dik baxan peşəkar Azərbaycan Ordusu bölmələrinin hünəri sayəsində 2020-ci ilin payızında yüngül silahlarla Şuşanın sıldırım qayalarına dırmaşaraq, dünyada analoqu olmayan əməliyyat keçirərək həsrətə son qoyub. Fəxrlə deyə bilərik ki, ikinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi ilə xalq-ordu dəmir yumruq kimi birləşərək əsl həmrəylik nümunəsi oldu...

Türkan ƏHMƏDOVA,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi.