Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Digər xəbərlər

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

İyulun 8-də Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib. Həmçinin Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QSC-lərin diaqnostikasının nəticələri və digər cari məsələlər müzakirə olunub.

AZƏRTAC