Digər xəbərlər

"Ömrün Heydər zirvəsi" adlı tədbir

Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Ömrün Heydər zirvəsi" adlı tədbir keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Koroğlu" uverturasının sədaları altında Azərbaycan haqqında ayrı-ayrı şairlərin şeirləri səsləndirilib. Ulu Öndərə, onun həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Ulu Öndərimiz Heydər Əliyev haqqında dünya siyasətçilərinin fikirləri səsləndirilib. Ümummilli Liderimizin Azərbaycan dili haqqında, təhsil haqqında, ordu quruculuğu barədə, Qarabağ haqqında müxtəlif illərdə söylədiyi qürurverici fikirlər iştirakçıların diqqətinə çatdırılıb.

Məktəbin direktoru Səbinə Qasımova  və başqaları çıxış edərək Ulu Öndər barədə fikir və düşüncələrini  bölüşüblər.

Qeyd edək ki, tədbirin yüksək səviyyədə keçirilməsində Badisəba Səfərova və Nazilə Əbdülhəsənova xüsusi fəallıq göstəriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Mustafa KAMAL,

"Respublika".