"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində partiyanın Mingəçevir şəhər və Xəzər rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mingəçevir şəhərində YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən olan Əməkdar jurnalist Tahir Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, Xəzər rayonunda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları çıxış ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, əbədiyaşar ideyalarından, Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub.
YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.
Ü.VAHİDOĞLU,
“Respublika”.