Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar tədbir
Digər xəbərlər

Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar tədbir

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Oğuz  rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

14 iyun NNVQDQMDK-nın məlumatında bildirilir ki, tədbirdə, Oğuz rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri, gənclər və yuxarı sinif şagirdləri iştirak etmişdir.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 “Respublika”.