MİNGƏÇEVİRDƏ BAYRAM OVQATI
Region

MİNGƏÇEVİRDƏ BAYRAM OVQATI

Mingəçevir şəhər Energetiklər yaşayış massivində Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yaşayış massivinin sakinləri iştirak ediblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Novruz bayramının keçirilməsi haqqında hazırladığı tədbirlər planına uyğun olaraq, "Azərbaycan İES" MMC, A.Niftəliyev adına Mədəniyyət Mərkəzi və mənzil-kommunal təsərrüfatı kombinatının birgə bayram şənliyi təşkil olunub. Tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq mingəçevirliləri bayram münasibətilə təbrik edib.

Qeyd olunub ki, Novruz bayramı xalqımızın əziz və milli bayramlarından biridir. Bu bayram bizə ata-babalarımızdan miras qalıb, biz də bu ənənəni davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində öz borcumuzu verməyə çalışırıq. Fərəhlə bildirməliyik ki, artıq Novruz bayramı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində azad olunan torpaqlarımızda da böyük təntənə ilə qeyd olunur. Tonqal ətrafında şəhərin mədəniyyət işçilərinin təqdim etdiyi şən musiqilər, Mingəçevir Dövlət Dram Teatrının aktyorlarınıın təqdimatında Keçəlin, Kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyələri, Bahar qızın xoş arzuları alqışlarla qarşılanıb. Şənliyə kolorit verib. Sonda bayram tonqalı alovlandırılıb.

Zabit XƏLİLOV,

"Respublika".