Milli Məclisin plenar iclası
Gündəm

Milli Məclisin plenar iclası

Dekabrın 19-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəlikdə duran məsələlərin müzakirə olunacağını söyləyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov növbəti məsələ - "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş"lə bağlı qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik edilməsi barədə, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunda və Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verilib. Hər 4 qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. "İşsizlikdən sığorta haqqında" Qanunda dəyişikliklə bağlı və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verdikdən sonra sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Dəniz limanları haqqında" Qanunda və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edilib.

Gündəliyin digər məsələləri - Miqrasiya Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı hər hansı təklifin olmadığı bildirilib.

"Milli təhlükəsizlik haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verildikdən sonra təqdim olunan qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəliyin növbəti məsələsinin - "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"nin təsdiq edilməsi barədə, "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi deputatların fikirləri dinlənildikdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Mülki Prosessual Məcəllədə və "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat verilib. Qaldırılan məsələlərə aydınlıq gətirilib.

"Prokurorluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verilib.

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırılıb.

Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun təqdim edilib.

Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar məlumat verilib.

Sonra qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“Respublika”.