Məqsəd regionda stabil təhlükəsizliyə nail olmaqdır
Siyasət

Məqsəd regionda stabil təhlükəsizliyə nail olmaqdır

Sülhlə bağlı çoxsaylı istək və təşəbbüslər olsa da, Ermənistan sülh prosesində özünü ardıcıl göstərmir və müxtəlif güc mərkəzlərini Cənubi Qafqaza dəvət etməklə öz məqsədlərinə nail olmağa çalışır. Digər tərəfdən də ən çox Fransanın dəstəyinə arxalanır. Fransa həm də Ermənistanı silahlandırmaqla məşğuldur.

Cənab Prezident Xocalıda yerli sakinlərlə görüşdə qeyd edib ki, Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədir. Əlbəttə ki, Ermənistan hazırkı realllıqları qəbul edərək, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır və bunun başqa alternativi də yoxdur. Digər tərəfdən xarici işlər nazirləri arasında fevralın 28-29-da keçiriləcək görüş diqqət mərkəzində olacaq.  Artıq görürük ki, Fransa prezidenti Makronla yanaşı, Avropa İttifaqının sədri Şarl Mişel  də sanki prosesdən kənarda qalır. Münxendə Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün nəticələrini də görürük. Qeyd etdiyimiz kimi, XİN rəhbərlərinin Almaniyada görüşməsi Münxendə əldə olunan ən mühüm nəticədir. Eləcə də delimitasiya və demarkasiya işlərinin davam etdirilməsinin razılaşdırılmasını da vacib məqam kimi vurğulaya bilərik. Ona görə də düşünürəm ki, növbəti görüşlər Almaniyada keçirilsə, bu, Münxen görüşünün uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Əlbəttə ki, əsas məqsəd regionumuzda etibarlı, davamlı sülhün əldə olunmasıdır.

İlyas HÜSEYNOV,

politoloq.