İrəvanı sülh sazişi bağlamaqdan çəkindirən nədir?
Digər xəbərlər

İrəvanı sülh sazişi bağlamaqdan çəkindirən nədir?

Əslində, Ermənistanın sülh sazişini yubatması hər dəqiqə İrəvanın öz  əleyhinə işləyir. Əgər bu ölkə Azərbaycanın sülh təklifinə razılıq versə, məngənəsində boğulduğu problem çətinliklərdən xilas olacaq.

Əks təqdirdəbu, onun faciəvi sonluğuna rəvac verəcək. Ölkə onsuz da çökmüş, məhv olmaq təhlükəsi ilə üz-üzədir. Müharibədə məğlubiyyət, çoxsaylı qaçqın ordusu, iqtisadi tənəzzül sosial problemlər kifayət qədərdir. İrəvan artıq bataqlıqda çabalayır. Hər cəhdihərəkəti onu daha dərinə çəkir. Bir zamanlar havadarlarının boş xülyalarına aldanan ölkə indi meydanda öz problemləri ilə tək qalıb. Bəs, bu qədər problem çətinliklər içərisində olan ölkə niyə  sülh sazişi bağlamır? yaxud da onu bu addımı atmaqdan çəkindirən hansı qüvvələrdi? Ermənistanın hazırkı siyasi vəziyyətinə nəzər salsaq görərik ki, son illər daha çox  Qərb istiqamətinə meyillənir.

Problemlər içində boğulan Ermənistanın mənasız inadkarlığı özünə vurduğu ən böyük zərbədir. Ermənistan odla oynayır, lakin bu odun sonda özünü yandıracağını anlamır. Bütün bunlara baxmayaraq, daxildə  narazılıqlar pik həddindədir. Ermənilərin taleyi sülh sazişinin bağlanmasından asılıdır. Hələ ki, Azərbaycan səbir dözüm nümayiş etdirir, Ermənistanın bütün provokasiya hücum cəhdlərinə soyuqqanlılıqla yanaşır. Qarabağ Azərbaycanın qədim yaşayış məskənidir. Ermənilər isə bu yerlərə sonradan gəlib məskunlaşmışlar. Sülh sazişi bağlandığı təqdirdə, ölkəmiz Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının taleyinə biganə yanaşmayacağını bildirir.

Qərbin Ermənistanı himayə etmək cəhdi əsla erməniləri qorumaq məqsədi güdmür. Əksinə, ermənilər onlar üçün maraqlı deyil. Onların məqsədi yalnız Ermənistan üzərindən Qafqaza nəzarəti ələ almaqdır. Nəticədə, üçüncü qüvvələr bu istiqamətə meyilləniblər. İndi bu məsələdə daha "fəallıq" göstərən Fransadır.

Əgər Fransa bu məsələdə açıq şəkildə Ermənistanın "xeyrinə" cəhd edirsə, digər dövlətlər  bu məsələdə bir az məxfiliyi qorumağa çalışır, dolayı yollarla hərəkət edirlər. Düzdür, son zamanlar Qərbə sarı yönələn İrəvan hakimiyyətinin xəyanəti keçmiş havadarları tərəfindən birmənalı qarşılanmayıb. Bu səbəbdən bir sıra ölkələrlə münasibətlərdə seziləcək dərəcədə soyuqluq var. Fransa üçün isə Ermənistanın möhkəmlənməsi heç bir əhəmiyyət kəsb etmir. Makron onun hakimiyyəti bu məsələdə öz maraqlarını güdürƏlbəttə, İranın da mövqeyi bəllidir. İran ötən müddət ərzində, sözün əsl mənasında ölkəmizə qarşı qərəzli mövqeyi ilə fərqləndi. Heç şübhəsiz ki, buna da səbəb Qarabağın işğaldan azad edilməsidir. Çünki 30 ildə ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsi İranın xeyrinə idi. Sadəcə, Fransa İran tərəfindən səslənən heç bir əsası olmayan yersiz bəyanat böhtanlar Ermənistandakı revanşist qüvvələri "cəsarətləndirir" bununla da məsələnin həllini uzadır. Lakin sülh razılığı əldə olunsa, bu ilk növbədə ermənilərin sosial-iqtisadi inkişafına böyük təkan olacaq. Yox, əgər Fransa kimi digər  Qərb ölkələri   İrəvanın başının altına yastıq qoysa, Ermənistan ömürlük yuxuya gedəcək. Nəticədə, ölkə tamamilə məhvə sürüklənəcək. Yəni Qərb ölkələri ağır  inflyasiya dövrü yaşayan ölkəni bataqlıqdan çıxara bilməyəcək. Erməni xalqı bunu anlamalı məsələni kökündən həll etməlidir. Ermənistan  Azərbaycanla sülh sazişi bağlasa, məsələ daha tez həllini tapar. Çünki Azərbaycan dünya dövlətləri üçün istər iqtisadi, istər turizm, istərsə enerji sahəsində etibarlı tərəfdaş olduğu kimi, həm tranzit ölkə rolunu oynayır. Heç şübhəsiz ki, ölkəmizin qoşulduğu birbaşa iştirakçısı olduğu nəhəng layihələrə Ermənistan da qoşula yararlana bilər. İrəvan anlamır ki, ona yalançı qayğı göstərən Qərb dövlətlərinin öz maraqları var. Silahlarını satmaq özlərinə yararlı olan planlarını həyata keçirmək üçün hədəf aldıqları bölgələri daim münaqişə müharibə şəraitində saxlamağa çalışırlar. Belə bölgələrdən biri Cənubi QafqazdırƏlbəttə, asayiş baxımından Cənubi Qafqaz həmişə qaynar bölgə olub. Ancaq bu gün Azərbaycan lider dövlət kimi bölgənin asayişini təhlükəsizliyini bərpa etmək istiqamətində mübarizə aparır. Bu isə sadaladığımız Qərb bəzi qonşu dövlətlərə sərf etmir. İrana da həmçinin. İranla yanaşı, bu mövzuda bir müddət əvvəl Hindistanın bəzi manevrləri oldu. Bu ölkə Ermənistanı özünə qardaş seçərək hərbi yardımlar etməyə başladı. Hətta, bir neçə dəfə Hindistandan Ermənistana silah dolu təyyarələr gəldi

qədər ki, İrəvan atdığı səhv addımların gələcək fəsadlarını görməyəcək, o vaxta qədər özünü xalqını məhvə sürükləyəcək. Üçüncü qüvvələrin əlində alətə çevriləcək.

Ramidə YAQUBQIZI,

"Respublika".