Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyun cədvəli açıqlanıb
İdman

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyun cədvəli açıqlanıb

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında III turun oyun cədvəli açıqlanıb.

"Respublika" xəbər verir ki, turun matçları iki gündə – noyabrın 25-26-da keçiriləcək.

İlk günün görüşləri “AHF Arena” İdman Kompleksində, növbəti günün qarşılaşmaları isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Qeyd edək ki, iki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə iki xalla sonrakı pillələrdə qərarlaşıb. “Gənclər Birliyi”nin aktivində xal yoxdur.

Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatının şərikli lideridir. “Bakı” və “İdman Akademiyası” 2 xalla üçüncü-dördüncü yerləri bölüşdürür. “Azəryol”, “Təhsil” və “Dinamo” hələlik xal qazana bilməyib.

III tur

Kişilər

25 noyabr

12:00. “İdman Akademiyası” – “Azəryol”

14:00. “Bakı” – “Dinamo”

26 noyabr

16:00. “Kür” – “Qarabağ”

Qadınlar

25 noyabr

10:00. “Azəryol” – “İdman Akademiyası”

26 noyabr

14:00. “Kür” – “Bakı”