Azərbaycan çempionu Almaniya klubunu böyük hesabla məğlub edib
İdman

Azərbaycan çempionu Almaniya klubunu böyük hesabla məğlub edib

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Respublika" xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ikinci matçında Almaniya təmsilçisi “Yan Regensburq”la qarşılaşıb.

“Salaspils İdman Arenası”nda oynanılan görüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb – 5:0.

Qrupun digər matçında Türkiyənin “İstanbul Şişli” klubu Latviya “Riqa”sı ilə üz-üzə gələcək.