Hakan Fidan: Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq
Gündəm

Hakan Fidan: Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq

Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar var. Azərbaycanın haqq mübarizəsində daim onun yanındayıq.

"Respublika" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bölgədə sülh, rifah və inkişaf olmalıdır. Münaqişəyə gərək qalmadığını düşünürük. Bundan sonra sülh olmasını dəstəkləyirik. İki ölkə arasındakı görüşləri dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə Türkiyə də normallaşmanı təmin edəcək”, - deyə Türkiyə XİN-in başçısı vurğulayıb.