Hacı Ali Açıkgül: Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozmasını və müharibə cinayəti törətməsini hesabatımızda əks etdirəcəyik
Diaspora

Hacı Ali Açıkgül: Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozmasını və müharibə cinayəti törətməsini hesabatımızda əks etdirəcəyik

Gəncədə 44 günlük müharibə dövründə dinc insanların yaşadığı yerlərə raket hücumlarını yerində təsbit etdik. Təəssüf ki, bu raket hücumlarında 6-sı uşaq olmaqla, çoxlu dinc insan ölmüşdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Gəncəyə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin müavini Hacı Ali Açıkgül deyib.

"Dinc sakinlərin yaşadığı əraziləri məqsədli şəkildə hədəf almaq, xüsusilə gecə insanlar yuxuda ikən, saat 2-də, 3-də bu yerləri bombalamaq, raket atmaq Cenevrə konvensiyalarına görə beynəlxalq hüququn kobud şəkildə pozulması və müharibə cinayətidir. Biz bu faktları hesabatımızda əks etdirəcəyik", - deyə o əlavə edib.