“TRT HABER”: Ermənistan işğal etdiyi 4 kəndi Azərbaycana qaytaracaq
Diaspora

“TRT HABER”: Ermənistan işğal etdiyi 4 kəndi Azərbaycana qaytaracaq

Türkiyənin məşhur “TRT HABER” saytı Ermənistanın Birinci Qarabağ müharibəsində işğal etdiyi 4 kəndi Azərbaycana qaytarması barədə məlumat yayımlayıb. Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Məlumatda, eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşım da yer alıb: ''Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir. Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib''.

Nəzrin ELDARQIZI,

“Respublika”.