Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyasının iclası yekunlaşıb
Gündəm

Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyasının iclası yekunlaşıb

 2 fevral 2024-cü il tarixində yeni təsis edilmiş Beynəlxalq Çövkən Federasiyasının əsasnaməsinin formatı təsdiq olunub, daha sonra isə digər rəhbər vəzifələrə seçkilər keçirilib.

"Respublika" xəbər verir ki, səsvermənin yekun nəticələrinə əsasən, Böyük Britaniyanı təmsil edən Anna Holl, türkiyəli Zübeyir Bekiroğlu və mərakeşli Moubdi Mohamed federasiyanın vitse-prezidenti seçilib. İclasın növbəti hissəsində isə regional qrup rəhbəri vəzifələrinə seçkilər keçirilib. Keçirilmiş səsvermənin nəticələrinə əsasən, Avropa regional qrupuna çexiyalı Ondrej Matejek,  Asiya regional qrupuna özbəkistanlı Yana Pavliva Romanovna, Afrika regional qrupuna nigeriyalı Nura Sani Kangiva, Cənubi Amerika regional qrupuna argentinalı David Adrian Lagomarsino, Okeaniya regional qrupuna isə avstraliyalı Teneille Murray rəhbər seçilib.

Qeyd edək ki, Baş Assambleyanın ilk iclasında Bəhruz Nəbiyev federasiyanın prezidenti, polşalı Maciej Michal Olbrych isə baş katibi seçilmişdi. Bununla da Beynəlxalq Çövkən Federasiyasının təsisi təsdiqlənib və qurum rəsmi olaraq fəaliyyətə başlayıb.