Baş Prokurorluq polis rəisinin intihar etməsi ilə bağlı açıqlama yayıb
Digər xəbərlər

Baş Prokurorluq polis rəisinin intihar etməsi ilə bağlı açıqlama yayıb

İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açaraq öldürməsi ilə bağlı məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

AZƏRTAC