Bakıda havanın maksimal temperaturu iqlim normasından 2.5° aşağı olub
Gündəm

Bakıda havanın maksimal temperaturu iqlim normasından 2.5° aşağı olub

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

"Respublika" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı: Astarada 31, Lənkəranda 21, Yardımlıda 9, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 millimetrədək olub.

Qrız, Lerikdə duman müşahidə olunub.

Sentyabrın 10-da Bakıda havanın maksimal temperaturu iqlim normasından 2.5° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 23°-dək isti, Naxçıvan Muxtar Respublikasında 26-30° isti, Aran rayonlarında 25-29°, dağlıq rayonlarda 17°-dək isti qeydə alınıb.