Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 1206 nəfər səs verəcək
Gündəm

Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 1206 nəfər səs verəcək

125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağalı kəndində yeni yaradılan 33 saylı seçki məntəqəsi üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır. 

 "Respublika" "secki-2024.az" saytına istinadla xəbər verir ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçkilərdə 1206 nəfər seçici səs verəcək. Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir.

Qeyd edək ki, məntəqədə seçkilərin tam şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb, veb-kameralar quraşdırılıb.