Azərbaycan və Malayziyanın XİN başçıları arasında telefon danışığı baş tutub
Digər xəbərlər

Azərbaycan və Malayziyanın XİN başçıları arasında telefon danışığı baş tutub

Aprelin 11- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycanla Malayziya arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regionda dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər müqəddəs Ramazan ayı, eləcə bu ilin aprel ayında qeyd olunan Azərbaycanla Malayziya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini çatdırıb, dost qardaş ölkələrimiz xalqlarımız arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanla Malayziya arasında müxtəlif, o cümlədən iqtisadi, energetika, humanitar, təhsil, turizm digər sahələrdə əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətli olduğunu bildirib. Bu xüsusda ötən ilin iyulunda Xarici İşlər nazirlikləri arasında Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin əhəmiyyəti diqqətə çatdırılıb. İki ölkə arasında müxtəlif regional beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa quruculuq işləri barədə həmkarını məlumatlandırıb. C.Bayramov Malayziyanın Azərbaycanın suverenliyi ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Öz növbəsində nazir Zambri Abdul Kadir Azərbaycanla Malayziya arasında dostluq, dini bağlılıq, həmrəylik qarşılıqlı dəstəyə əsaslanan siyasi dialoqun səviyyəsindən məmnunluqla bəhs edərək, münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. İş adamları əhali arasında təmasların artırılmasının əhəmiyyəti, əməkdaşlıq təhsil əməkdaşlıq proqramları çərçivəsində mübadilələrin həyata keçirilməsinə hazırlıq ifadə olunub.

Ölkələrimiz arasında turizm sahəsində geniş əməkdaşlıq potensialının olduğu vurğulanıb, eyni zamanda, siyasi məsləhətləşmələrin əlaqələrin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.