ABŞ-da yanğınsöndürən helikopter qəzaya uğradı
Dünya xəbərləri

ABŞ-da yanğınsöndürən helikopter qəzaya uğradı

ABŞ-ın Florida ştatının Pompano-Biç şəhərində yanğınsöndürmə-xilasetmə helikopteri yaşayış kompleksinə çırpılıb.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər həlak olub.

Məlumata görə, yaxınlıqdakı şəhərdə hadisə yerinə gedən helikopterin göyərtəsində üç nəfər olub. Qəzanın səbəbi barədə məlumat verilmir.

Nəzrin ELDARQIZI,

"Respublika".