Britaniyanın XİN rəhbəri Trampla görüşüb
Dünya xəbərləri

Britaniyanın XİN rəhbəri Trampla görüşüb

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynaya dəstəyi gücləndirmək məqsədilə danışıqlar aparmaq üçün Vaşinqtona getməzdən əvvəl Floridada keçmiş prezident Donald Trampla görüşüb. 
"Respublika" "BBC"yə istinadən xəbər verir ki, nazir Ukraynaya dəstəyi gücləndirmək və Konqresdən keçirilməsi planlaşdırılan yeni yardım paketini irəli sürmək üçün Trampla danışıqlar aparıb. Görüşdə Ukrayna və Qəzzadakı müharibələr, NATO-nun gələcəyi müzakirə edilib. 

Qeyd edək ki, Tramp və onun partiya daxilindəki tərəfdarları ABŞ-ın Ukraynaya yardım paketinə qarşıdırlar. Nümayəndələr Palatasında olanlar əvvəlcə ABŞ-ın sərhəd təhlükəsizliyi üçün əlavə maliyyə ayırmadan bu paketin əleyhinə səs verəcəklərini vəd ediblər.