“GƏNCƏ MEKSİKANI KƏŞF EDİR!”
Region

“GƏNCƏ MEKSİKANI KƏŞF EDİR!”

Gəncədə Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Gəncə Meksikanı kəşf edir!” adlı foto və rəsm sərgisi təşkil olunub.F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Meksika səfriliyinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgidə meksikalı illustrator Teresa Castello Yturbidenin “Milli geyim” kolleksiyası, azərbaycanlı fotoqraf Aydın Sadıqovun Meksika Birləşmiş Ştatlarında lentə aldığı, Meksikanın tarixini və mədəniyyətini özündə əks etdirən fotoşəkilləri, həmçinin digər rəssam və fotoqrafların əl işləri nümayiş olunub.

Sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Zabit XƏLİLOV,

“Respubika”.