Ukraynada yeni səfərbərlik qanununun qüvvəyə minəcəyi tarix açıqlandı
Dünya xəbərləri

Ukraynada yeni səfərbərlik qanununun qüvvəyə minəcəyi tarix açıqlandı

Ukraynada səfərbərliklə bağlı yeni və daha sərt standartları özündə əks etdirən qanun bir ay sonra, mayın 18-də qüvvəyə minəcək.

"Respublika" xəbər verir ki, səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun aprelin 11-də Ali Rada tərəfindən ikinci və yekun oxunuşda qəbul edilib və aprelin 16-da Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb.

Sənədə əsasən, qanunun bir sıra müddəaları sonradan qüvvəyə minəcək. Nəqliyyatın səfərbər edilməsinin mümkünlüyü ilə bağlı maddə səkkiz aydan sonra, yəni yanvarın 18-dən tətbiq olunmağa başlayacaq.

Qanun qüvvəyə mindikdən sonra 60 gün ərzində hərbi xidmətə cəlb olunan şəxslər və çağırışçılar, o cümlədən xaricdə olanlar öz məlumatlarını ərazi çağırış məntəqələrində yeniləməlidirlər.