Fərat Qalxanının ərazisində 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri

Fərat Qalxanının ərazisində 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib

Türkiyənin milli müdafiə nazirliyi Fərat Qalxanı ərazisində 4 PKK/Xalq terrorçusunun zərərsizləşdirildiyini bildirib.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” Türkiyənin milli müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, terrora və terrorçulara heç bir yerdə keçid yoxdur: "Bizim qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində aşkar etdikləri 4 PKK/Xalq terrorçusunu zərərsizləşdiriblər”.

Musa BAĞIRLI,

“Respublika”.