ABŞ-da meşə yanğınlarında ölənlərin sayı artıb
Dünya xəbərləri

ABŞ-da meşə yanğınlarında ölənlərin sayı artıb

ABŞ-da davam edən meşə yanğınlarında 20 min hektardan çox ərazi kül olub, can itkisi isə 2-ə yüksəlib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, ABŞ-ın Spokane şəhəri yaxınlığında ötən həftə iki nöqtədə baş verən meşə yanğınları davam edir. 

Yanğınları nəzarət altına almaq hələ ki, mümkün olmayıb. Qeyd edilib ki, indiyə qədər azı 265 bina məhv olub. 

Töhfə SƏMƏDOVA,
"Respublika".