Azərbaycan parataekvandoçusu qızıl medal qazanıb
İdman

Azərbaycan parataekvandoçusu qızıl medal qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq çağırış turnirində qızıl medal qazanıb.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Federasiyasi məlumat verib.

 Məlumata görə, idmançımız 70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində təşkil olunmuş Avropa çempionatında qalib olub.