“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb
İdman

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışlarına yekun vurulub.

"Respublika" xəbər verir ki, 4x50 metr məsafəyə sərbəst estafet yarışlarında belaruslu Roman Halmak, Usevalad Sarakavik, tailandlı Mekchai Nithivat ilə birgə çıxış edən Süleyman İsmayılzadə 1 dəqiqə 37 saniyə vaxtla finiş xəttinə çataraq yarışın qızıl medalının sahibi olub.

Beləliklə, Azərbaycan komandasının aktivindəki mükafat sayı 23-ə yüksəlib. Daha öncə idmançılarımız 3 qızıl, 8 gümüş və 12 bürünc medala yiyələnib.