Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar
İdman

Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Respublika"-ya verilən məlumata görə, 70 kiloqramdan yuxarı çəkidə J2 kateqoriyasında mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə fransalı rəqibi Prestsilla Lezeni məğlub edib.

Bununla da Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar. Daha əvvəl Şəhanə Hacıyeva (48 kiloqram), Xanım Hüseynova (70 kiloqram), Vüqar Şirinli (60 kiloqram) və İlham Zəkiyev (+90 kiloqram) fəxri kürsünün ikinci pilləsinə qalxıb, Namiq Abaslı (73 kiloqram) isə bürünc mükafatın sahibi olub.