DİN: Ötən gün 68 cinayətin açılması təmin olunub
Gündəm

DİN: Ötən gün 68 cinayətin açılması təmin olunub

Mayın 22-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Respublika" ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarılan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.