Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət
Gündəm

Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.