Sentyabrın 29-da Bakı və Abşeronda hava dəyişkən buludlu olacaq
Gündəm

Sentyabrın 29-da Bakı və Abşeronda hava dəyişkən buludlu olacaq

Azərbaycanda sentyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

"Respublika" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 25-29° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacaq.