Rumen Radev: Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır
Gündəm

Rumen Radev: Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır

Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır. Biz bunu yüksək qiymətləndiririk.

 "Respublika" xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media nümayəndələrinə müsahibəsində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev söyləyib.

Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyinin Bolqarıstan tərəfindən dəstəklənməsi ilə bağlı sualı da cavablandıran R.Radev qeyd edib: “Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik”.