Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur
Gündəm

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Respublika" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.