Qazaxıstanda qəzada ölən mədənçilərin sayı 32-yə çatıb
Gündəm

Qazaxıstanda qəzada ölən mədənçilərin sayı 32-yə çatıb

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olan 32 nəfərin cəsədi aşkarlanıb.

"Respublika" Qazaxıstan mediasına istinadla xəbər verir ki, xilasedicilər daha 14 şaxtaçının axtarışlarını davam etdirirlər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Prezident qeyd edib ki, qəzanın səbəbi aydınlaşdırılacaq, yaralananların və həlak olanların ailələrinə lazımi kömək göstəriləcək.

Qeyd edək ki, faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.