Hikmət Hacıyev:
Gündəm

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir"

"Bu gün Ermənistan silahlı qüvvələrinin Füzuli-Şuşa avtomobil yolunda qəsdən yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Yol Tikintisi İdarəsinin iki mülki əməkdaşı həlak olub".

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz rəsmi "X" (twitter) hesabında paylaşım edib.

Prezidentin köməkçisinin paylaşımında bildirilir ki, Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir: "10 noyabr 2020-ci il tarixindən mina qurbanlarının ümumi sayı 308 nəfərə çatıb. Erməni tərəfi bu cür hərəkətləri ilə qorxu salmağa, azərbaycanlı mülki vətəndaşları heç bir fərq qoymadan qətlə yetirməyə, azərbaycanlı məcburi köçkünlərin vətənə qayıtmasına və işğaldan azad edilmiş ərazilərdə mülki əhalinin yenidənqurma işlərinə mane olmağa və yeni salınan yolların nəqliyyat üçün təhlükəsiz olmadığını sübut etməyə çalışır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir!".

Töhfə SƏMƏDOVA,
"Respublika".