Ulu Öndərin irsi milli sərvətimizdir
Siyasət

Ulu Öndərin irsi milli sərvətimizdir

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev irsidir.

Hər bir xalqın milli azadlıq istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, güclü, möhkəm təmələ əsaslanan dövlətlər qurublar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı müasir dünya tarixinə böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yazılmışdır.

Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi sosial həyatda tərəqqi dövrü bütövlükdə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli liderin mənalı həyat yolu, zəngin çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin şahidi oluruq. İntibah milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu yerə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Heydər Əliyevin keçdiyi böyük, mənalı şərəfli həyat yolu zaman məkan anlayışına sığmır. Ümummilli liderin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələdə (1969-1982-ci 1993-2003- illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma yüksəliş, tikinti-quruculuq işləri başlandı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini xalqıma bağışlayıram" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

1993-2003- illər ərzində dahi Heydər Əliyev düşünülmüş uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi daimi etdi, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. Bu inkişaf sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi tərəqqisi üçün möhkəm təməl potensial rolunu oynadı.

Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq ulu öndərin yüksək ideyalarını yaşatmaq inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirməli daha əzmkarlıqla çalışmalıyıq.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın qəbul etdiyi əbədiyaşar lideri var. bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı fəaliyyəti müasir tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi qarşımıza yeni vəzifələr qoymuşdur. Təbii ki, ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu gün ölkəmizin bütün sahələrində əldə olunan uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

 

Ləman CƏLİLOVA,

Ağstafa Rayon Heydər Əliyev

Mərkəzinin direktoru.