Azərbaycanla Türkiyə arasında bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycanla Türkiyə arasında bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.