Yanvarın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. İclasda YAP Veteranlar Şurasının ötən il ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
Sonra Şuranın 2022-ci il üçün Tədbirlər Planı müzakirə olunub. Təkliflər və əlavələr nəzərə alınmaqla Tədbirlər Planının təsdiq olunması barədə qərar qəbul edilib.
AZƏRTAC