Moskvada Ümummilli Lider Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub
Digər xəbərlər

Moskvada Ümummilli Lider Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub

Mayın 15- Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş belə tədbirlərin keçirilməsini dahi Liderin xatirəsinə, xalqımıza səmimi hörmətin təzahürü kimi dəyərləndirib.

Moskvada təşkil olunan sərgilərin Ulu Öndərin bütün xalq ölkə, eləcə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün gördüyü işlərin miqyasını bir daha nümayiş etdirdiyi vurğulanıb.

Ümummilli Liderin bütün arzularının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirildiyi, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Qəbulda çıxış edən Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı siyasi fəaliyyəti haqqında danışıb, onun Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı xidmətlərini qeyd ediblər.

Sonra tədbir bədii proqramla davam etdirilib.

Rəsmi qəbulda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Moskvada akkreditə olunmuş səfirliklərin nümayəndələri, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Federasiya Şurasının deputatları, dövlət hökumət nümayəndələri, Azərbaycanın Rusiyanın mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.