İspaniya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
İdman

İspaniya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti məlum olub.

"Respublika" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Pedro Roça seçilib.

Assambleya üzvlərinin əksəriyyəti yeganə namizəd olan P. Roçaya səs veriblər.

Qeyd edək ki, funksioner bu postda Luis Rubialesi əvəzləyib.