Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıtmalarına şərait yaratmağa borcludur
Digər xəbərlər

Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıtmalarına şərait yaratmağa borcludur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşündə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərar xüsusi qeyd olunmalıdır. Heç şübhəsiz bu Fond Təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfələr verəcək.

Prezident İlham Əliyev Ankara Zirvə görüşündəki çıxışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə indiyədək Azərbaycandan AFAD digər humanitar qurumların bank hesabına 45 milyon ABŞ dollarından artıq vəsait köçürüldüyünü qardaş Türkiyəyə 5320 ton humanitar yardımın çatdırıldığını qeyd etməklə, həmçinin 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın hərbi əməliyyatların ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi mənəvi dəstəyi xatırlatmaqla Azərbaycan Türkiyə əlaqələrinin ən səmimi dostluq qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulamış oldu. Həmçinin dövlətimizin başçısı digər türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətlərinin yüksək qiymətləndirildiyini xüsusi qeyd etdi. Bir qardaşlıq jesti olaraq işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin tikildiyi Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunduğu diqqətə çatdırıldı. Əməkdaşlıq əlaqələrinin getdikcə şaxələndiyini vurğulayan Prezident ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradıldığını bildirdi. Bununla yanaşı, dövlət başçımızın çıxışında Azərbaycanın öz dostlarını dar gündə tək buraxmayacağı kimi, düşmənlərinin təxribatlarını heç bir halda cavabsız qoymayacağına dair aşkar mesajlar öz əksini tapmışdır.

Azərbaycan Prezidenti birmənalı olaraq bildirmişdir ki, bu gün Qarabağda hələ qanunsuz erməni silahlı dəstələri kriminal ünsürlər qalmaqdadır. 2022-ci ildə Praqa Soçidə Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tanımasına baxmayaraq, Ermənistan hələ öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Həmçinin Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınmaqla 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın şərtlərini kobudcasına pozur. Cənab Prezident İlham Əliyev bütün bunların yolverilməz olduğunu qeyd edib bildirib ki, Ermənistan bunlara görə məsuliyyət daşımalıdır.

Məlumdur ki, Türk dünyasının coğrafiyasına müdaxilə məqsədilə 1920-ci ilin noyabr ayında tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzur sovet hökumətinin qərarı ilə respublikamızdan ayrılıb Ermənistana verilmişdir. Bu da Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar öz dədə-baba yurdlarından, indiki Ermənistan ərazisindən zorla qovulmuşlar. Ermənistan Qarabağda Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Buna görə öz haqlarını, hüquqlarının bərpasını daha təşkilatlanmış formada tələb etmək üçün Qərbi Azərbaycanda etnik təmizlənməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar bu məqsədə çatmaq üçün xüsusi konsepsiya işləyib hazırlayıblar. Bu barədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün iştirakçılarını məlumatlandıran Prezident İlham Əliyev bildirib ki, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya zəmanət mexanizmi hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Dövlətimizin başçısı bu Konsepsiyanın məqsədəuyğunluğunu vurğulayaraq, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistanın da qarşılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq təhlükəsizliyini təmin etməli olduğunu bildirib. Bu, tamamilə haqlı ədalətli bir tələbdir Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalarına şərait yaratmağa borcludur.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı .