Marsın səthində hörümçəyə bənzər maddələr müşahidə edilib
Elm

Marsın səthində hörümçəyə bənzər maddələr müşahidə edilib

Marsın səthində yaz günəşinin yaratdığı istilik nəticəsində ortaya çıxan yüzlərlə hörümçəyəbənzər maddə şüaları görüntülənib.

"Respublika" Avropa Kosmik Agentliyinin (ESA) internet saytında istinadla xəbərə verir ki, yaz aylarında temperaturun artmasının səbəb olduğu hadisə Mars torpağında yüzlərlə hörümçəyə bənzər maddə qrupunun görünməsinə səbəb olub.

Yüksək təzyiq altında səthə fışqıran və yerə yayılan, eni 45 metrdən 1 kilometrə qədər olan bu maddə şüalarının formaları hörümçəklə müqayisə edilib.

Bu “hörümçəklərin” günəş şüalarının Mars torpağındakı karbon qazlı buzunu əridib qaza çevirməsi ilə əmələ gəldiyi və bu qazla yerdə his kimi müxtəlif tünd rəngli maddələrin meydana gəldiyi açıqlanıb.