Qarabağda quruculuq işləri geniş vüsət alır
Digər xəbərlər

Qarabağda quruculuq işləri geniş vüsət alır

44 günlük Vətən müharibəsinin ardından erməni işğalının dəhşətli nəticələri bir daha gün üzünə çıxdı. Belə ki, erməni vandalizmi nəticəsində qədim torpağımız olan Qarabağ darmadağın edilmiş, tarixi abidələrimiz dağıdılmışdır. Bu, bir daha erməni vəhşiliyini sübut edir.

Ermənilər Azərbaycan torpaqlarını tərk edərkən bir daha öz iyrənc adətləri üzrə torpaqlarımızda dağıdıcı izlər buraxdılar. Qarabağda ən çox erməni vəhşiliyinə məruz qalan bölgələrimizdən biri Ağdamdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib ki, Ağdamı Qafqazın Hirosiması adlandırırlar. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər - Ağdam indi bütün dünyada təəssüf ki, məhz belə adlarla tanınır. Erməni işğalçıları Ağdamı barbarcasına məhv ediblər. Birinci Qarabağ müharibəsindən əvvəl şəhərdə fabriklər, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı profilli məktəblər teatr fəaliyyət göstərirdi. İndi isə onların yerində dağıntılar ot basmış ərazilər qalıb. Gözlərini təbiətə dikən erməni vandalları meşələrə od vurdular. Qarabağı işğaldan azad etdikdən dərhal sonra Azərbaycan dövləti həmin ərazilərdə quruculuq bərpa işlərinə başladı. İşğaldan azad olunmuş ərazilərin bərpası əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. O ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər kəndlərin tikintisi, həm zəruri infrastrukturun yaradılması daxildir. Dövlətimiz bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən "Ağıllı kənd" "Ağıllı şəhər" konsepsiyası əsasında bərpa edir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib.

Bu günlərdə Fransanın "Arte" telekanalında yayımlanan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı reportajında "Qarabağ, qayıtmaq vaxtıdır" fikri yer alıb. Telekanalın müxbirləri hazırda Qarabağda baş verənlər işğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğu barədə süjet hazırlamaq üçün Azərbaycanda səfərdə olublar. Reportajda Qarabağın gərginlik mənbəyi olaraq qaldığı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hələ imzalanmadığı qeyd olunub. Eyni zamanda, qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa edilir. Hətta məcburi köçkünlər "Böyük Qayıdış" proqramı çərçivəsində orada yaşamaq üçün ilk dəfə geri qayıda biliblər.

Prezident İlham Əliyev Talış kəndində Novruz bayramı münasibətilə xalqa müraciətində bildirib ki, bu gün biz qurub-yaradırıq:

"O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. Biz isə qurub-yaradırıq."

Prezident qeyd edib ki, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır 180-ə yaxın ailə qayıdacaqdır.

Azərbaycan rəhbəri TDT-nin zirvə görüşündə qeyd etmişdi ki, 2020-ci ildə Qarabağın Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər birinci mərhələdə 300-dən çox kənd qəsəbə qururuq. Prezident onu da əlavə edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlamışıq. Onun sözlərinə görə, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.

Bu il ərzində Cəbrayıl, Qubadlı Zəngilan rayonları üzrə bir neçə kəndin tikintisinə başlamaq da planlaşdırılır. Bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. Onun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndinin tikintisi artıq 90 faiz yerinə yetirilib. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial nəqliyyat obyektləri tikilir, yol kommunikasiya infrastrukturu yaradılır.

Məlum məsələdir ki, artıq uzun illərdir ata-baba yurdlarından didərgin düşən vətəndaşlarımız qısa müddətdə öz torpaqlarına qayıdacaqlar. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji infrastruktur layihələri həyata keçirilib keçirilməkdir. Soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbirsizliklə gözləyirdilər. Bu proqramın təsdiqlənməsi onlara çox böyük sevinc bəxş etmiş oldu.

Nəzrin CAVADZADƏ

"Respublika".