Azərbaycan icmasının üzvləri Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında aksiya keçiriblər
Digər xəbərlər

Azərbaycan icmasının üzvləri Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında aksiya keçiriblər

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmələrin keçirildiyi günlər ərzində Niderlandda yaşayan soydaşlarımız və azərbaycanlı diaspor fəalları Azərbaycan dövlətinə, eləcə də 52 gündür Laçın-Xankəndi yolunda ölkəmizin təbii sərvətlərinin ermənilər tərəfindən istismar olunmasına etiraz edən ekofəallara dəstək nümayiş etdirərək aksiya keçiriblər. Aksiya Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin önündə keçirilib.

Ədalət Məhkəməsinin dinləmələrində iştirak edən Azərbaycanın nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Elnur Məmmədov dəstək aksiyasında iştirak edən diaspor fəalları ilə görüşüb.