DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-IN UKRAYNAYA HƏRBİ YARDIMI İLƏ BAĞLI İDDİA

ABŞ-ın Ukraynaya növbəti hərbi yardımı ilə bağlı yeni detallar ortaya çıxıb. “Teleqraf.com” xəbər verir ki, bu barədə “China Daily” nəşrində geniş məqalə dərc olunub.

“Birləşmiş Ştatlar eyham vurur ki, onların yardımının həcmi əvvəlcədən təxmin edilib. Ukraynanın bu haqqı hansı anda ödəməyə başlaması Bayden administrasiyasının Kiyevlə bağlı məqsədlərinə nə vaxt nail olacağından asılıdır”, - deyə məqalədə bildirilir.

Eyni zamanda, məqalə müəllifi hesab edir ki, Birləşmiş Ştatlar Ukraynanın üzərinə həddən artıq çox məqsəd qoyub və buna görə də münaqişənin nə qədər davam edəcəyini və Vaşinqtonun nə vaxta kimi dəstək verəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın dövlət katibi Antoni Blinken ölkəsinin Ukraynaya təxminən 400 milyon dollar məbləğində 33-cü hərbi yardım paketi ayırdığını açıqlayıb.

“TALİBAN” HÖKUMƏTİ Aİ-DƏN SƏFİRLİKLƏRİN YENİDƏN AÇILMASINI İSTƏYİR

“Taliban”nın müvəqqəti hökumətinin xarici işlər naziri Əmirxan Muttaki Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson və onun nümayəndə heyətilə görüşüb. “TRT” telekanalının verdiyi xəbərə görə, “Taliban” hökumətinin Xarici İşlər Nazirliyi görüşün məzmunu ilə bağlı açıqlama yayıb.

“Əmirxan Muttaki Qəndəhar əyalətində baş tutan görüşdə Əfqanıstanla Aİ ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımlı addımların atılmasının və Aİ ölkələrinin Kabildəki səfirliklərini yenidən açmalarının vacibliyini vurğulayıb. Həmçinin Aİ-yə Əfqanıstana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib”, - deyə açıqlamada bildirilir.

Məlumata əsasən, Aİ-nin xüsusi nümayəndəsi Tomas Niklasson “Taliban”ın hakimiyyətə gəlməsi ilə Əfqanıstanda təhlükəsizliyin təmin edildiyini qeyd edib. Aİ rəsmisi həmçinin  ölkədə korrupsiya ilə mübarizədə ciddi addımlar atıldığına diqqət çəkib və Əfqanıstana humanitar yardımı davam etdirəcəklərini vurğulayıb.

Xatırladaq ki, 15 avqust 2021-ci ildə “Taliban” hərəkatı Əfqanıstan administrasiyasını ələ keçirdikdən sonra Aİ ölkələri oradakı səfirliklərini bağlayıb.

RUSİYA BUĞDASININ TƏDARÜK HƏCMI TƏXMİNƏN İKİ DƏFƏ ARTIB

2023-cü ilin yanvar və fevral aylarında Rusiya buğdasının tədarük həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 6,1 milyon ton təşkil edib. “Report”un xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, Rusiyada buğdanın qiyməti ötənilki məhsulun çox olması səbəbindən kifayət qədər aşağı idi və bu, alıcıları cəlb edib. Həmçinin məlumata əsasən, bu dəfə satışlar daha sonra Rusiya taxılının rəqabət üstünlüklərini bərpa etdiyi bir vaxtda başlayıb.

Bu tendensiya o deməkdir ki, yükgöndərənlər Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış maliyyə və sığorta ilə bağlı problemləri aradan qaldıra biliblər.

Eyni zamanda, verilən xəbərə əsasən, bu mövsüm Rusiya 2022-ci ildəki 26,7 milyon tona qarşı 29,5 milyon ton buğda göndərib.

Məlumat üçün qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-cü il iyunun 30-dək ölkədən taxıl ixracı üçün kvotaya yenidən baxmaq niyyətində deyil.

ZƏLZƏLƏNİN SURİYAYA VURDUĞU ZİYAN MƏLUM OLUB

Fevral ayında baş verən zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub. “Report”  informasiya agentliyi xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında dərc olunmuş “Suriyadakı dağıntıların qiymətləndirilməsi üzrə qlobal əməliyyat hesabatı”nda bildirilir.

Dünya Bankının Yaxın Şərq üzrə direktoru Jan-Kristof Karre qeyd edib ki, dağıntılar Suriya xalqının son illər ərzində çəkdiyi iztirab və məhrumiyyətləri daha da artırır: “Fəlakət işgüzar fəallığın azalmasına gətirib çıxaracaq, Suriyanın iqtisadi inkişaf perspektivlərini daha da pisləşdirəcək”.

Bununla yanaşı, bankdan bildirilib ki, dəymiş ziyanın real miqyasını müəyyənləşdirmək hələ də çətindir və ilkin hesablamalar iqtisadiyyata dəymiş dolayı itkilər nəzərə alınmadan 2,7 milyard dollardan 7,9 milyard dollara qədərdir.

Dünya Bankının məlumatına əsasən, zəlzələlərdən daha çox Hələb əyaləti (45 faiz - 2,3 milyard dollar), İdlib (37 faiz - 1,9 milyard dollar) və Latakiyə (11 faiz - 549 milyon dollar) zərər çəkib.

QƏRB RUSİYANIN SANKSİYALARDAN NECƏ YAYINDIĞINA NARAHATDIR

Rusiya Qərb ölkələrinin sanksiyaların öhdəsindən uğurla gəlməyi bacarıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu “Əl-Ain” ərəb xəbər agentliyinin şərhçisi Məhəmməd Fərhad bildirib.

Şərhçi sanksiyaların Rusiya iqtisadiyyatına təsirini öyrənərək, Qərbin blokadanın köməyi ilə Rusiya Federasiyasının inkişafını əngəlləməyə nail olub-olmadığını araşdırıb.

“2022-ci ildə Rusiya iqtisadiyyatı çoxlu sayda sanksiyalara baxmayaraq, gözlənildiyindən daha yaxşı nəticə göstərib”, - deyə Məhəmməd Fərhad vurğulayıb. O xatırladıb ki, Beynəlxalq Valyuta Fondu Rusiyanın ÜDM-in 18,5 faiz azalacağını proqnozlaşdırmışdı, əslində isə ölkə iqtisadiyyatı 2,5 faizdən az kiçilib.

Eyni zamanda, şərhçinin sözlərinə görə, rəsmi Moskva “kifayət qədər güclü müqavimət” nümayiş etdirir ki, bu da Qərbdə narazılıq yaradır. O qeyd edib ki, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı “çökməkdən” uzaqdır və ekspertlər, hətta, onun 2023-cü ildə artımını proqnozlaşdırırlar.

KADIROVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏRİN OLDUĞU İDDİA EDİLİR

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə “Report” informasiya agentliyi “Bild” nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, Kadırov son bir neçə ayda həddindən ardıq kökəlib və videolarda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.

Nəşr bildirib ki, Kadırov Rusiya həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burjil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gedib.

Nəşr qeyd edir ki, bu səbəbdən Çeçenistan rəhbəri Rusiya prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib. Kadırovun bəzən enerjili və çevik görünməsi isə stimullaşdırıcı vasitələrdən istifadə etməklə bağlıdır.

POST-COVID SİNDROMU SƏBƏBİNDƏN ÜRƏK XƏSTƏLİKLƏRİ ÇOXALIB

ABŞ-dan olan həkimlər post-COVID sindromunun aritmiya və işemik insultun, həmçinin koronar və ürək çatışmazlığının inkişaf ehtimalını iki-üç dəfə, əvvəldən bu xəstəlikləri olanlar arasında ölüm nisbətini isə iki dəfə artırdığını müəyyən ediblər. Bu barədə “Trend” agentliyinin məlumatına qeyd olunur.

Verilən xəbərə görə, yüngül və ya ağır koronavirus infeksiyası keçirmiş insanlar növbəti bir neçə ay ərzində post-COVID sindromundan əziyyət çəkirlər. Buraya xroniki yorğunluq, saç tökülməsi, nəfəs darlığı, xroniki xəstəliklərin kəskinləşməsi və s. daxildir. Bu kimi hallar immunitet sisteminin daim çalışması ilə əlaqələndirilir.

Bir qrup amerikalı həkim post-COVID sindromunun ürək və qan damarlarının müxtəlif xəstəliklərinə nə dərəcədə təsir etdiyini araşdırıblar. Araşdırmalar göstərib ki, hətta yüngül keçən post-COVID sindromu da ürək və qan damarlarının müxtəlif ağır xəstəliklərinin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Alimlərin sözlərinə görə, xüsusilə, “COVID-19”a yoluxmuş şəxslər sonrakı dövrlərdə aritmiya və işemik insultlardan 2,35 və 2,17 dəfə çox əziyyət çəkir, həmçinin koronar və ürək çatışmazlığının qurbanı olma ehtimalı müvafiq olaraq 78 faiz və 97 faiz daha yüksəkdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.